23 avqust 2025 21:57
114

Suriya Xalq Məclisi Seçkiləri üçün Nəzarət Komitələri yaradılıb

Suriyada seçki prosesinin bütün mərhələlərinə nəzarət etmək və yerli tərəflərlə koordinasiyanı təmin etmək məqsədilə komitələr yaradılıb.

İki sahil” SANA-ya istinadla xəbər verir ki, bu barədə Suriya Xalq Məclisi Ali Seçki Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu addım şəffaflığı və ən yaxşı təmsilçiliyi təmin etmək üçün atılıb.

Komitənin Telegram kanalında yayımladığı məlumatda qərarın Prezident Fərmanı və Xalq Məclisi Seçkilərinin müvəqqəti qaydaları əsasında qəbul edildiyi bildirilib.

Bir neçə gün əvvəl Prezident Əhməd Əl-Şaara 2025-ci ilə aid Suriya Xalq Məclisinin müvəqqəti seçki sistemini təsdiqləyən fərman imzalayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”