BMT-nin dəstəklədiyi monitorinq agentliyinin İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) Qəzzada aclığı təsdiqləyən hesabatından sonra Pakistanın Milli Fəlakətlərin İdarə Olunması İdarəsi (NDMA) feysbukda bəyanat yayıb.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, açıqlamada, baş nazir Şahbaz Şərifin göstərişi ilə un, hazır yemək, yağ, mürəbbə və meyvələrdən ibarət 100 tonluq yardım paketinin hazırlanaraq Qəzzaya göndərilmək üçün Lahordan yola salındığı bildirilib.
Açıqlamada qeyd olunub ki, bu, Pakistanın Qəzzaya göndərdiyi 19-cu yardım paketidir və yüklərin ümumi həcmini 1915 tona çatdırır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”