Rusiya və Ukrayna “146-ya 146” qaydasına əsasən hərbi mübadilə aparıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri hazırda Belarusdadır və Rusiyaya təhvil veriləcək. Onların mübadiləsində BƏƏ vasitəçi kimi çıxış edib.
Nazirlik əlavə edib ki, Kursk vilayətinin sakinləri olan Rusiya Federasiyasının 8 vətəndaşı da geri qaytarılıb və evlərinə çatdırılacaq.