24 avqust 2025 19:43
136

Bərdədə yol qəzası olub, xəsarət alanlar var

Bərdədə yol qəzası olub.

Hadisə Alpout kəndində qeydə alınıb.

Belə ki, traktorla “Toyota Prius” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

"Report"