907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcının göstəricisidir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin daha da güclənməsi üçün bu istiqamətdə ABŞ Konqresi ilə müvafiq iş aparılacaq.
"Ümidvarıq ki, Prezident Trampın komandası 907-ci düzəlişin tam ləğvi üçün ABŞ Konqresilə müvafiq iş aparacaq. Səfər çərçivəsində enerji sahəsində də mühüm nəticələr əldə edilib. İmzalanan sənədlərlə həm ənənəvi, həm də qeyri-ənənəvi enerji layihələrinin əməkdaşlıq imkanlarını genişləndirərək enerji təhlükəsizliyimizi gücləndirəcək, regionda regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq".
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib