Azərbaycan və ABŞ arasında ticarət əməkdaşlığı uzun illərdir ki, yüksələn xətlə inkişaf edir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 2023-cü illə müqayisədə 94 % çox - 1,7 milyard ABŞ dolları təşkil edib ki, bunun da 1,6 milyard dolları ABŞ-dan idxalın, 135 milyon dolları isə bu ölkəyə ixacın payına düşüb.Azərbaycan ABŞ şirkətləri üçün investisiya cəlbediciliyini saxlayır. Kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət sahələrində 300 şirkət qeydiyyata alınıb".
"ABŞ-də keçirilmiş görüş ölkələrin iqtisadi potensialının artırılması üçün imkanlar yaradacaq", - deyə nazir əlavə edib.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib