27 avqust 2025 09:12
159

UEFA Avropa Liqasında pley-off mərhələsinə bu gün start veriləcək

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları başlayır.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə yalnız bir qarşılaşma keçiriləcək. "AEK Larnaka" doğma meydanda "Brann" ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda Norveç təmsilçisi "Brann" 2:1 hesabı ilə qalib gəlmişdi.

20:30. "AEK Larnaka" - "Brann" (ilk oyun - 1:2).