27 avqust 2025 17:43
144

Rusiyada təyyarəni yandırmağa cəhd olunub

Şimali Osetiyada "Vladiqafqaz" beynəlxalq hava limanında təyyarənin yandırılması cəhdinin qarşısı alınıb, terror aktı ilə bağlı cinayət işi açılıb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin respublika üzrə İdarəsindən bildirilib.

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya-Alaniya Respublikası üzrə İdarəsi "Vladiqafqaz" beynəlxalq hava limanı ərazisində təyyarəni yandırmaq yolu ilə terror aktı törətməyi planlaşdıran 25 yaşlı Rusiya vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb", - məlumatda qeyd olunub.