28 avqust 2025 14:15
152

Azərbaycanda oynamış basketbolçu dopinqə görə diskvalifikasiya edilib

Ötən mövsüm “Sumqayıt”ın heyətində çıxış etmiş basketbolçu Ceyvon Deniels 3 ay müddətinə diskvalifikasiya olunub.

“İki sahil” AMADA-dan verilən məlumata istinadən xəbər verir ki, oyunçunun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu ortaya çıxıb.

Oyunçunun cəzasının müddəti avqustun 1-dən oktyabrın 31-nə qədər olacaq.