28 avqust 2025 15:02
105

Sabirabadda minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb

Sabirabad rayonunda minik avtomobillərinin toqquşması 2 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnib.

“İki sahil” xəbər verir ki, Rahim Əliyevin və Mircavad Mirqədirlinin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər rayonunun Güdəcühür kəndi ərazisində toqquşub.

Hadisə zamanı Rahim Əliyev və Nilay Əlizadə ölüb. Xəsarət alan şəxslər - Mircavad Mirqədirli, Mirtalıb Talıbov, Tənzilə Əliyeva və Rəhim Əlizadə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.