Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələcəkdə külək parkları üçün avadanlıq istehsalının bir hissəsini lokallaşdırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Euronews"a müsahibəsində bildirib.
O vurğulayıb ki, 2035-ci ilə qədər SOCAR milli enerji şirkətinə çevriləcək.
"Sizin də doğru qeyd etdiyiniz kimi, SOCAR karbohidrogen şirkəti deyil, balanslaşdırılmış portfelə malik şirkət olacaq. Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafında üzləşdiyimiz əsas problemlərdən biri enerji şəbəkəsinin dəyişkən mənbələrdən enerji qəbul etmək qabiliyyətinin məhdud olmasıdır. Məhz buna görə də bizə əlavə balanslaşdırıcı güclər, məsələn, buxar-qaz qurğuları, batareyalarda enerji saxlama həlləri və ya onların kombinasiyası lazımdır", - vitse-prezident bildirib.
Onun sözlərinə görə, ikinci çağırış açıq dənizə çıxışın olmamasıdır.
"Külək parkları üçün lazım olan bəzi avadanlıq növləri, məsələn, 92-94 metr uzunluğunda olan pərləri buraya gətirmək son dərəcə çətindir. Əlbəttə, ümid edirik ki, gələcəkdə istehsalın ayrı-ayrı növlərini lokallaşdıra biləcəyik", - Ə.İsayev vurğulayıb.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, infrastrukturun və avadanlığın bir hissəsi sovet dövründən qalıb.
"Buna görə də üçüncü çağırış əsas fəaliyyət növlərinin dekarbonizasiyasıdır. İstehsal proseslərimizin modernləşdirilməsi və rəqəmsallaşma böyük investisiyalar tələb edir", - Ə.İsayev əlavə edib.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib