General Bəxtiyar Ersayın yerinə təyinat olub.
“İki sahil” APA-ya istinadla xəbər verir ki, general-leytenant Soner Orucoğlu Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanı təyin edilib.
Qeyd edək ki, Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay Türkiyə Prezidentinin sərəncamı ilə Azərbaycan Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib.
Bəxtiyar Ersay yeni işinin icrası ilə əlaqədar Azərbaycandakı vəzifəsindən gedib.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar