Bu ilin yanvar-iyul aylarında Azərbaycan və MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 603,7 milyon ABŞ dolları təşkil edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 25,9 % çoxdur.
O cümlədən, son 1 ildə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 10,6 % artaraq 1 milyard 37,5 milyon ABŞ dolları, idxalının dəyəri isə 31,2 % artaraq 3 milyard 566,2 milyon ABŞ dolları olub.
7 ay ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 6,8 %, idxalında payı isə 26,2 % olub.
Konkret ölkələrə gəlincə isə, yanvar-iyul aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 3 milyard 69,7 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 721,2 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 2 milyard 348,5 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 19,3 %, ixrac 9,9 %, idxal isə 22,5 % artıb.
Azərbaycanın Belarusla ticarət dövriyyəsini dəyəri 239,1 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 45,1 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 194 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 3,6 %, idxal 12,9 % azalıb, ixrac isə 77,4 % artıb.
Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin dəyəri 517,2 milyon 156 min ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 60 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 457,2 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 3,8 dəfə, ixrac 53,3 %, idxal isə 4,7 dəfə artıb.
Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsinin dəyəri 154 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 37,2 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 116,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 41 %, ixrac 29,5 %, idxal isə 44 % azalıb.
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 268,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 35,4 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 233,5 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,2 dəfə, ixrac 1,9 dəfə, idxal isə 2,3 dəfə artıb.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib