30 avqust 2025 13:13
183

Gəncədə avtoqəza olub, bir ailənin üç üzvü xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində bir ailənin üç üzvü - 1970-ci il təvəllüdlü E.Quliyev, 1979-cu il təvəllüdlü R.Quliyeva və 2001-ci il təvəllüdlü L.Quliyeva xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Report"