Görüşlərdə sahibkarlıq sahəsində yeniliklər və qanunvericiliyin tələbləri biznes subyektlərinin diqqətinə çatdırılıb, sualları cavablandırılıb.
“İki sahil” xəbər verir ki, avqust ayı ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə aqroturizmdən ISO standartlarına, sənayedən rəqəmsal biznesə qədər müxtəlif istiqamətlərdə sahibkarlarla görüşlər keçirilib. Qadın sahibkarlığı, gənclərin biznes fəaliyyətinə təşviqi, bağçılıq, heyvandarlıq, pambıqçılıq və idxal-ixrac əməliyyatları da biznes subyektləri ilə müzakirə edilən mövzular sırasındadır.
Görüşlər həm onlayn, həm də oflayn formatlarda Bakı, Sumqayıt, Naxçıvan şəhərlərində, Biləsuvar, Masallı, Qəbələ, Ağcabədi, Ağstafa, Xaçmaz və İsmayıllı rayonlarında təşkil edilib.
Görüşlərdə sahibkarların müraciət və təklifləri dinlənilib, dövlət dəstəyi alətləri barədə məlumat verilib, çətinliklərinin həlli aidiyyəti qurumlarla birgə müzakirə edilib. Həmçinin, sahibkarlıq sahəsində yeniliklər və qanunvericiliyin tələbləri biznes subyektlərinin diqqətinə çatdırılıb.
Ümumilikdə görüşlərdə 200-dən çox sahibkar iştirak edib. Sentyabr ayında keçiriləcək görüşlərlə bağlı məlumatı sahibkarlar KOBİA-nın saytından öyrənə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus).
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib