Birində isveçli fəal Qreta Tunberqin də olduğu Qəzza zolağı üçün humanitar yardım daşıyan gəmilər pis hava şəraiti səbəbindən Barselona limanına qayıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri məlumat yayıb.
Məqalədə deyilir: “Tonlarla qida və dərmanla birlikdə saat 16:00 radələrində üzən donanma, bir neçə saat sonra pis hava şəraitinə görə Barselonaya qayıtmağa qərar verib”.
Qeyd olunur ki, səfərin bərpası ilə bağlı qərarı gəmilərin kapitanları verəcək.
Bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrailin Qəzza zolağının blokadasını yarmağı planlaşdıran isveçli ekoloji fəal Qreta Tunberqi terrorçular üçün həbsxanaya yerləşdirməyi təklif edib.