Rusiya Dövlət Duması miqrasiya siyasəti sahəsində yeni qanunvericilik tədbirləri hazırlayır.
“İki sahil” RT-yə istinadla xəbər xəbər verir ki, bunu Rusiya Dövlət Dumasınnı sədri Vyaçeslav Volodin bildirib.
"Biz bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzərində işi davam etdiririk. Bir sıra təşəbbüslər hazırlanmaqdadır", - Dövlət Dumasının mətbuat xidməti onun sözlərini sitat gətirib.
Bundan əvvəl Volodin 2024-cü ildən miqrasiya siyasəti sahəsində 20-dən çox qanunun qəbul edildiyini açıqlamışdı.
2025-ci il fevralın 5-dən Rusiyada ölkədə qalma və ya yaşamaq üçün qanuni əsası olmayan əcnəbi vətəndaşlar üçün deportasiya rejimi tətbiq edilir.