02 sentyabr 2025 09:23
131

“Qalatasaray” Uğurcan Çakırı transfer etdi -  Rəsmi

“Qalatasaray” “Trabzonspor”un qapıçısı Uğurcan Çakırı transfer edib.

“İki sahil” xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Onunla 5 illik müqavilə imzalanıb.

Klubun yaydığı xəbərə görə, bu transfer üçün 27 milyon 500 avro (üstəgəl ƏDV) təzminat haqqı ödəniləcək.

Xatırıadaq ki, 29 yaşıı Uğurcan Çakır Türkiyə millisinin də üzvüdür.