“SkyWind” şirkəti kompakt NG külək turbininə görə Almaniya hökumətindən sertifikat alıb.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bu kiçik qurğular asanlıqla damlarda quraşdırılır və təmiz enerjinin yerli istehsalı üçün nəzərdə tutulub. Hər bir turbinin təxminən peyk antenasındakı ilə eyni ölçüdə olan 1,5 metr diametrli rotoru var. 2949 avro dəyərində olan qurğu ildə 615 kVt/saata qədər elektrik enerjisi istehsal edir.
“SkyWind” kiçik külək elektrik stansiyalarının sertifikatlaşdırma Şurasında (ICC) tam sertifikatlaşmadan keçən ilk şirkət olub. Sınaqlar iki il ərzində Yuta ştatında keçib və turbinlərin gücü, təhlükəsizliyi, funksionallığı və davamlılığının sınaqdan keçirilməsini əhatə edib. Söhbət külək enerjisindən düşəndə, ən çox nəhəng turbinlər xatırlanır. Məsələn, 2023-cü ildə Çində qanadlarının diametri 260 metr olan külək turbini istismara verilib, artıq növbəti il isə diametri 310 metr olan generator onu üstələyib. Belə nəhənglər eyni zamanda minlərlə evi elektrik enerjisi ilə təmin edir.
Lakin, “SkyWind” konkret istehlakçıya yönəlmiş kompakt turbinlər təklif edərək fərqli bir yol seçdi. Bu mikroturbinləri yerli enerji istehsalını təmin edərək, evdə və ya kiçik obyektlərdə quraşdırmaq və istifadə etmək daha asandır.
İlk NG mikroturbini hələ 2009-cu ildə təqdim edilib. Həmin vaxt şirkətin təsisçisi Fritz Unger gənc tədqiqatçılar müsabiqəsində təkqanadlı modeli nümayiş etdirib. O vaxtdan bəri “SkyWind” xizək kurortları, həmçinin yaşayış və ticarət obyektlərində istifadə olunan 10 mindən çox turbin satıb.
NG turbininin rotorunun diametri cəmi 1,5 metrdir - təxminən peyk antenasındakı kimi. Hər bir qurğu ildə 615 kVt/saata qədər elektrik enerjisi istehsal etmək gücündədir. Bu, Amerikadakı evin orta illik enerji istehlakının (10,791 kVt/saat) cəmi 6 faizini təşkil edir. İstehsal edilən enerjinin həcmini artırmaq üçün eyni vaxtda bir neçə turbin quraşdırmaq olar. Onlar sakit işləyir, hava şəraitinin qiymətləndirilməsi üçün bort kompüterləri və qasırğa zamanı avtomatik söndürmə sistemləri ilə təchiz olunublar.
Kompakt “SkyWind” turbinləri bir neçə binanın damında quraşdırıla, qarajlar və ya təsərrüfat tikililərin işıqlandırılması üçün istifadə oluna bilər. Onlar xüsusilə küləkli havalarda, Günəş panelləri daha az enerji istehsal etdikdə təsirli olur. Pərakəndə satış qiyməti bir ədəd üçün 2949 avro təşkil edir.