02 sentyabr 2025 14:28
127

Saray qəsəbəsində 51 yaşlı qadın öldürülüb, qaynı şübhəli bilinir

Abşeron rayonunun Saray qəsəbəsində 51 yaşlı qadın qətlə yetirilib, qaynı şübhəli bilinir.

“İki sahil” xəbər verir ki, Saray qəsəbəsində 1974-cü il təvəllüdlü Əminə Payızova öldürülüb.

Onun qaynı tərəfindən öldürüldüyü iddia edilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaya başlayıblar.