bşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi açılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.