02 sentyabr 2025 16:26
150

Ermənistan hakimiyyəti ilə kilsə arasında qarşıdurma davam edəcək - Ermənistanın keçmiş ombudsmanı

Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan biznesmen Samvel Karapetyanla bağlı vəziyyəti şərh edib.

“İki sahil” xəbər verir ki,  RT-yə müsahibə verən Alaverdyan deyib ki, beynəlxalq təzyiqlərin Ermənistan hakimiyyətinə hər hansı təsir göstərməsi ehtimalı azdır.

Keçmiş ombudsman əmindir ki, Ermənistan hakimiyyəti ilə kilsə arasında qarşıdurma davam edəcək.

"Buna heç bir şübhəm yoxdur. Əslində, bu, Erməni Apostol Kilsəsinin sabitliyi üçün çox riskli bir sınaqdır. İndiki hakimiyyət bu məsələdə heç bir güzəştə getmək və ya geri çəkilmək fikrində deyil. Onlar daha aqressiv şəkildə hücuma keçəcəklər", - deyə, Alaverdyan qeyd edib.