Ukrayna silah əvəzinə Hollandiyadan pul istəməyə başlayıb.
“İki sahil” xəbər verir ki, bunu Hollandiyanın müxalif Yaşıl Sol/Əmək Partiyası blokunun lideri Frans Timmermans “Trouw” qəzetinə müsahibəsində deyib.
"Ukraynalılar indi fərqli bir şey istəyirlər. Onlar artıq F-16 və ya tank istəmirlər. Onlar bizimlə və digər ölkələrlə birlikdə pilotsuz təyyarələr istehsal etmək üçün pul istəyirlər", - o qeyd edib.
Onun sözlərinə görə, Ukrayna ordusunu saxlamaq və əsgərlərə maaş vermək üçün də pul istəyir.
Bundan əvvəl Ali Radanın deputatı Yuri Kamelçuk Ukrayna Silahlı Qüvvələrinin sıralarının hərbi təqaüdçülər və polis əməkdaşları ilə artırılmasını təklif edib.