Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) arasında ölkəmizdə sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr ADB-nin icraçı direktoru xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.
"Görüş zamanı qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, ölkə üzrə iqtisadi vəziyyət və inkişaf trendləri, pul siyasəti, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, eləcə də sektorun potensialına dair ətraflı fikir mübadiləsi apardıq. AMB və ADB arasında gələcək əməkdaşlıq imkanlarını, həmçinin ADB-in ölkənin maliyyə sektorunda iştirak perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib