03 sentyabr 2025 14:18
135

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə "COP29: Potensialın inkişafı – Azərbaycan üzrə diaqnostik tədqiqat: Yaşıl, diversifikasiya olunmuş və davamlı iqtisadiyyatda iş bacarıqları" adlı texniki yardım layihəsi çərçivəsində müzakirə aparılıb. Giriş nitqi ilə çıxış edən İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Mərkəzin fəaliyyəti ilə bağlı qonaqlara geniş məlumat verib.

Sonra AİB məsləhətçiləri texniki yardım layihəsinin məqsədini diqqətə çatdırıb, eləcə də layihə çərçivəsində aidiyyəti dövlət qurumları ilə məsləhətləşmələrin əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə xüsusilə Mərkəzin monitorinq və qiymətləndirmə fəaliyyəti, o cümlədən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial İqtisadi İnkişaf Strategiyası” çərçivəsində məşğulluq və əmək bazarına dair məsələlər müzakirə edilib.