Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 6 milyon 212 min 865 sərnişin daşınıb.
“İki sahil” ADY-yə istinadən xəbər verir ki, bu ilin 8 aylıq ümumi sərnişindaşıma göstəricisi keçən ilin müvafiq dövrünün nəticələrini 20 % üstələyib.
Avqust ayında isə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 734 min 218 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 12,3 % daha çoxdir.