Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə iqtisadi şaxələndirmə, özəl sektorun inkişafı, "yaşıl" artım məsələlərə dair tərəfdaşlığı müzakirə edib.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Müzakirələr nazir müavini Səməd Bəşirlinin Azərbaycanda səfərdə olan ADB-nin icraçı direktoru Reyçel Tompson ilə keçirilən görüşdə baş tutub.
Görüşdə Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən ADB ilə əlaqələrə önəm verdiyi vurğulanıb. Bankla tərəfdaşlıq çərçivəsində icra olunan layihələrin ölkənin iqtisadi inkişafına töhfə verdiyi qeyd olunub.
Dünyada baş verən proseslər fonunda Azərbaycanda iqtisadi islahatlar və əldə edilən nəticələr, əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar, reallaşdırılan layihələr barədə məlumat verilib, Bankla işbirliyi imkanları diqqətə çatdırılıb.