Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycanın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.
“İki sahil” xəbər verir ki, bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayır
Kreditinizi “Birbank”a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin