Aqrar Sığorta Fondunun fəaliyyət göstərdiyi 2020-2024-cü illər ərzində yanğın riski üzrə fermerlərə təxminən 29 min manatlıq sığorta ödənişi həyata keçirilib.
Fonddan "İki sahil"ə verilən məlumata görə, 2020-2024-cü illərdə 16 rayondan olan sığortalı fermerlər tərəfindən yanğın hadisəsi üzrə 21 müraciət daxil olub. Aqrar Sığorta Fondu tərəfindən bu müraciətlərin araşdırılması zamanı 16 hadisə üzrə əkin sahəsinə zərər dəydiyi müəyyən edilib.
Sığorta ödənişləri hesablandıqda bəzi sahələr üzrə dəymiş zərərlərin azadolma məbləğindən daha az olduğu dəqiqləşib. Nəticədə azadolma məbləğləri çıxılmaqla fermerlərə 28 min 762 manat sığorta ödənişi edilib.
Yanğına görə ən çox sığorta ödənişləri Ağcabədi, Qusar, Biləsuvar, Şabran, Neftçala, Ağsu və İsmayıllı rayonlarında həyata keçirilib.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə uğurla təqdim olunan aqrar sığorta mexanizmi təsərrüfatları və əkin sahələrini bütün əsas risklərdən qoruyur. Aqrar Sığorta Fondunun əhatə etdiyi risklərin sırasına dolu, fırtına-qasırğa, sel-subasma, şaxtavurma, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair aiddir.
Aqrar sığorta tərəfindən təminata götürülən risklərdən biri də yanğın hadisələridir.
Fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını sığorta edə bilirlər.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib