“Azərbaycan–Türkiyə IV Enerji Forumu” çərçivəsində İzmirdə səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar SOCAR Türkiyənin Əliağadakı “STAR” Neft Emalı Zavodu və “Petkim” neft-kimya zavodlarına baş çəkiblər.
Energetika Nazirliyindən "İki sahil"ə bildirilib ki, SOCAR Türkiyənin Azərbaycan və Türkiyə iqtisadiyyatları üçün strateji əhəmiyyət daşıyan istehsal müəssisələrinə baxış keçirilib.
İzmir-Əliağa layihələrinin Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının, xüsusilə Azərbaycanın Türkiyədəki 18 milyard dollardan çox enerji sərmayələrinin əhəmiyyətli hissəsini təşkil etdiyi vurğulanıb. “Petkim”in 60 illik təcrübəsinin ölkəmiz və sənaye sektoru üçün əhəmiyyətinə toxunulub, illik 13 milyon ton xam neft emalı gücünə malik “STAR” NEZ-in strateji faydalarından bəhs edilib. SOCAR-ın Türkiyədəki yeni investisiya planları barədə məlumat verilib.
SOCAR Türkiyənin ilk “Xüsusi Sənaye Bölgəsi” statusuna sahib kompleksinə edilən səfərdə, hər iki ölkənin nazirləri ilə yanaşı Azərbaycan və Türkiyədən dövlət rəsmiləri də iştirak ediblər.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib