Qətərin Azərbaycanla münasibətləri səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır.
“İki sahil” xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə deyib.
O, ölkəsinin Azərbaycanla münasibətlərinin səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib, iqtisadi sahədə işbirliyinin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətlərini dəyərləndiriblər.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib