2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları baş tutub.
“İki sahil” xəbər verir ki, F, H, K qruplarında ümumilikdə 6 görüş keçirilib.
İngiltərə yığması evdə Andorra millisini qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Avstriya doğma meydanda Kiprlə qarşılaşıb. Qarşılaşma ev sahiblərinin 1:0 qələbəsi ilə yekunlaşıb.
DÇ-2026, seçmə mərhələ
6 sentyabr
F qrupu
20:00. Ermənistan – Portuqaliya – 0:5
22:45. İrlandiya – Macarıstan – 2:2
H qrupu
22:45. San Marino - Bosniya və Herseqovina – 0:6
22:45. Avstriya - Kipr - 1:0
K qrupu
17:00. Latviya – Serbiya – 0:1
22:45. İngiltərə - Andorra – 2:0
Xal durumu: İngiltərə - 12, Albaniya - 5, Serbiya - 7, Latviya - 4, Andorra - 0.