Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ikipalatalı parlamentdən birpalatalı parlamentə keçməyi təklif edib. Onun sözlərinə görə, ictimai müzakirənin keçirilməsi ən azı bir il çəkəcək və 2027-ci ildə ümumxalq səsverməsi keçirilə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Tokayev xatırladıb ki, 2022-ci il referendumunun nəticələrinə əsasən islahat aparılıb. “Biz bir yerdə dayana bilmərik, ölkənin və gələcək nəsillərin gələcəyi haqqında düşünməliyik... İslahatlar davam edən prosesdir, real ictimai tələb yarandıqca inkişaf etdiriləcək”, – Qazaxıstan Prezidenti vətəndaşlara illik müraciətində deyib.