Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İrandan yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yeri barədə məlumat almayıb.
“İki sahil” xəbər verir ki, bunu MAQATE-nin Baş direktoru Rafael Qrossi MAQATE Rəhbərlər Şurasının sentyabr sessiyasının açılışına həsr olunmuş mətbuat konfransında deyib.
O, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yeri barədə məlumat ötürüb-ötürməməsi ilə bağlı suala cavabında deyib: “Bu məsələ ilə bağlı heç bir aydınlıq yoxdur”.