08 sentyabr 2025 17:32
122

Almaniya polisi onun evində axtarış aparıb

Almaniya polisi ölkə kansleri Fridrix Mertin əleyhinə qraffiti müəllifi olduğu iddia edilən şəxsin evində qanunsuz axtarış aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə WRD məlumat yayıb.

Nəşrin məlumatına görə, axtarış 17 yaşlı fəal Nela Kruszinskiinin evində aparılıb. O, günahını etiraf etmir.

Məqalədə qeyd edilir ki, order Arnsberq Rayon Məhkəməsi tərəfindən heç bir üzrlü səbəb olmadan qanunsuz olaraq verilib.

Eyni zamanda, WRD-nin yazdığı kimi, məhkəmənin rəhbəri kanslerin həyat yoldaşı Şarlotta Mertzdir.