2040-ci ildə Azərbaycanda əkin sahələrinin suvarılması üçün suya tələbatın ödənilməsi 100 %-ə çatdırılacaq.
“İki sahil” bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində məlumat əldə edib.
Məlumata görə, bu ilin sonuna qədər ölkədə əkin sahələrinin suvarılması üçün suya tələbatın ödənilməsi 66 %-ə, 2026-cı ildə 68 %-ə, 2027-ci ildə 90 %-ə, 2030-cu ildə 95 %-ə çatdırılması nəzərdə tutulub.
Eyni zamanda, suvarma suyu təchizatı sahəsində itkilərin azaldılması da prioritetdir. Bu il ərzində itkilərin 46 %-ə, 2026-cı ildə 44 %-ə, 2027-ci ildə 42 %-ə, 2030-cu ildə 30 %-ə, 2040-cı ildə isə 10 %-ə qədər endirilməsi planlaşdırılır.
Ölkədə 2025-2027-ci illərdə suvarma kanalları və kollektorların yenidən qurulması nəzərdə tutulur.
Bu tədbirlər nəticəsində suvarma suyu ilə təminatın 2025-ci ildə 66 %-dən 2027-ci ildə 90 %-ə yüksəldilməsi gözlənilir.
Qeyd olunub ki, bu addımlar əkin sahələrinin suvarılması sahəsində səmərəliliyin artırılması və kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edəcək.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib