Hesabat ilində dövlət əsaslı vəsait qoyuluşu hesabına 40 sifarişçi qurum üzrə 374 layihə maliyyələşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının şöbə müdiri Firiş Şəkərəliyev qeyd edib.
Layihələrin 135-i yeni, 239-u isə keçid layihəsi olub. İcra olunmuş vəsaitin 31,9%-i yeni layihələrə, 68,1%-i isə keçid layihələrinə yönəldilib ki, bu da əvvəlki illərlə müqayisədə yeni layihələrə daha çox üstünlük verildiyini göstərir.
Başa çatdırılmış 74 layihəyə 551,9 milyon manat vəsait xərclənib ki, bu da əvvəlki illə müqayisədə 12,3% artım deməkdir. Nəqliyyat infrastrukturu bu layihələrin 72,5%-ni təşkil etməklə əsas paya sahib olub.