10 sentyabr 2025 22:36
118

İnvestisiya xərclərinin əsas hissəsi 4-cü rübdə icra olunub

Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin təhlili göstərib ki, ayrılmış vəsaitin əsas hissəsi büdcə ilinin son rübündə icra olunub.

“İki sahil” xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının şöbə müdiri Firiş Şəkərəliyev qeyd edib.

2024-cü ildə sonuncu rübdə icra edilmiş məbləğ 1189,8 milyon manat və ya ümumi vəsaitin 43,4%-ni təşkil edib. Bu, büdcə xərclərinin rüblük bölgüsünü 6,6 faiz bəndi üstələyib. Eyni zamanda bəzi sifarişçilərdə ayrılmış vəsaitin bank hesablarında saxlanılaraq icra kimi göstərilməsi halları müşahidə olunub.

Nəticədə layihələrin icrasının gecikməsi və vəsaitdən səmərəli istifadə olunmaması ilə yanaşı uçotun şəffaflığına da mənfi təsir göstərib.