12 sentyabr 2025 10:00
109

Emil Mustafayev "Sumqayıt"da?

Azərbaycan millisinin futbolçusu Emil Mustafayev karyerasını "Sumqayıt"da davam etdirəcək.

“İki sahil” Football.ua-ya istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Polessye"dən ayrılıb.

Orta sahə oyunçusunun növbəti klubu "Sumqayıt" olacaq. Belə ki, onun "gənclik şəhəri" təmsilçisi ilə danışıqlarının yekunlaşdığı bildirilib.

"Sumqayıt" millimizin üzvü ilə birillik müqavilə imzalayacaq.

Klub tezliklə bu keçidi açıqlayacaq.

Qeyd edək ki, "Polessye" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər olan Emil Mustafayev ilin ilk yarısını icarə əsasında "Çernomorets"də keçirib.