FTX əməkdaşları teleaparıcı Vladimir Solovyova sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə teleaparıcının Teleqram kanalı xəbər yayıb.
“2024-cü ilin aprelindən 2025-ci ilin iyununa qədər Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Vladimir Rudolfoviç Solovyova qarşı sui-qəsdin hazırlanmasında iştirak etməyi planlaşdıran, Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərinin 1989-cu il təvəllüdlü sakininin qanunsuz fəaliyyəti müəyyən edilərək, onun qarşısı alınıb”, - xəbərdə deyilir.
Qeyd olunur ki, saxlanılan şəxs jurnalist haqqında məlumat toplamaq üçün dəfələrlə Moskvaya gedib.
Həmçinin bildirilir ki, Ulyanovska qayıdaraq, o, müdafiə sənayesi obyektlərinin yerləşdiyi yerlər haqqında məlumat toplayıb və bununla da terror təşkilatının cinayətkar fəaliyyətinin məqsədlərinə çatmağa yönəlmiş tədbirlər həyata keçirib.