Rusiya və Belarusda “Qərb-2025” birgə hərbi təlimləri başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Təlim iki ölkənin silahlı qüvvələrinin cari ildə birgə təlimlərinin yekun mərhələsidir”, - deyə idarədən bildirilib.
Manevrlərin məqsədlərinə komandirlərin və qərargahların bacarıqlarının artırılması, qoşun qruplarının qarşılıqlı fəaliyyətinin və səhra təminatının səviyyəsinin yüksəldilməsi daxildir.
Təlim iki mərhələdə keçiriləcək.