15 sentyabr 2025 13:01
110

"Naxtel" nömrələrin daşınması üçün müraciət müddətini uzadıb

Ləğv prosesində olan "Naxtel" MMC abunəçilərinə müraciət edib. 

“İki sahil” xəbər verir ki, müraciətdə deyilir ki, abunəçilərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, balansdakı vəsaitlərdən tam istifadə etmək və mobil operator seçimini daha rahat həyata keçirmək üçün xidmətlərin dayandırılması və nömrə daşınması tarixlərində dəyişiklik edilib.

Belə ki, son müraciət tarixi 15 gün uzadılaraq 15 dekabr 2025-ci il müəyyən olunub. "15.10.2025-ci il tarixindən 15.12.2025-ci il tarixinədək "Azercell", "Bakcell" və "Nar" operatorlarının xüsusi təyin edilmiş mərkəzlərində nömrənizi istədiyiniz şəbəkəyə daşıya bilərsiniz. "Naxtel" telekommunikasiya xidmətlərinin göstərilməsini 15.12.2025-ci ildən dayandıracaq", - deyə müraciətdə qeyd olunub.