15 sentyabr 2025 16:58
108

Tramp bu həftə Si Cinpin ilə danışıqlar aparacaq

ABŞ Prezidenti Donald Tramp sentyabrın 19-u Çin Sədri Si Cinpin ilə telefon danışığı aparacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ lideri "Truth" sosial şəbəkəsində yazıb.

"ABŞ və Çin arasında Avropada keçirilən böyük ticarət görüşü çox uğurlu keçdi! O, tezliklə başa çatacaq. Həmçinin, ölkəmizdəki gənclərin xilas etmək istədiyi "müəyyən" şirkətlə bağlı razılaşma əldə edildi. Onlar çox xoşbəxt olacaqlar! Sentyabrın 19-u mən Çin Sədri Si Cinpin ilə danışacağam", - o qeyd edib.