2024-cü ildə Azərbaycanda vergi daxilolmalarının 93,3 %-i və yaxud 14 milyard 748,9 milyon manatı könüllü bəyan etmə əsasında formalaşıb.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən qeyri-neft-qaz sektoru üzrə əməletmə indikatoru 90,9 % və yaxud 10 milyard 58,2 milyon manat məbləğində təşkil edib.
Könüllü daxilolmalar 2018-ci illə müqayisədə mütləq ifadədə 2,1 dəfə, qeyri-neft sektoru üzrə isə 2,2 dəfə artıb.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiq edib