İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerfındığı ilə bağlı daxili bazar araşdırması aparmağa başlayır.
“İki sahil” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı elan edilmiş açıq tenderin qalibi "İnnovativ Trainings" MMC olub. Qalib şirkətdən alınan məsləhətə görə 162 min manat ödəniləcək.
Araşdırma mövsümi tələbat və ehtiyat toplama praktikasının olub-olmaması, yerli xammalın emal məhsullarında payı, yerfındığının yetişdirilməsi ilə əlaqədar subsidiya mexanizmlərinin mövcudluğu, yerfındığı və emal olunmuş məhsullar üzrə son 3 ilin idxal və ixrac statistikası, Azərbaycanda yerfındığının yetiştirilməsi üçün münbit regionlar və bu məhsullar üzrə istehsal potensialı, Azərbaycanda yerfındığı istehsalının həcmi kimi məsələləri əhatə edəcək.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiq edib