Bu ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 158 milyon ton yük daşıyıb.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 4,3 milyon ton və yaxud 2,8 % çoxdur.
8 ay ərzində nəqliyyatçılar 1 milyard 360,1 milyon sərnişinə xidmət göstəriblər. Bu isə 1 il əvvələ nisbətən 66,7 milyon sərnişin və yaxud 5,2 % çoxdur.
Hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,5 % təşkil edib.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiq edib