Tovuzda evdə kişi meyiti aşkarlanıb.
Hadisə rayonun mərkəzində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə, ölən şəxs tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC