21 sentyabr 2025 19:30
159

Londona uçan təyyarə Bakıda eniş edib

“EVA Air” aviaşirkətinə məxsus və Bankonq-London marşrutu üzrə hərəkət edən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Beynəlxalq aeroportdan “İki sahil”ə bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

“Boeing 777” tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya təhlükəsizliyi və operativ reaksiya sahəsində yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək, fövqəladə vəziyyətlərdə hava gəmilərinə etibarlı və peşəkar dəstək təmin edir.