Bu gün Misli Premyer Liqasının 5-ci turunda "Sumqayıt" "Neftçi"ni qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 79-cu dəqiqəsində Ağadadaş Salyanski hesabı açıb. 90+2-ci dəqiqədə isə Alessio Kurçi oyunun nəticəsini müəyyənləşdirən qoun müəllifi olub - 0-2.
Misli Premyer Liqası,
5-ci tur
21 sentyabr
19:30. “Sumqayıt” 0–2 “Neftçi”
Qol: Ağadadaş Salyanski, 79 (0-1), Alessio Kurçi, 90+2 (0-2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”