Monteneqronun ən gözəl kurortlarından biri Azərbaycanın iştirakı ilə tikilib və investisiyaların ümumi dəyəri layihənin genişləndirilməsi mümkünlüyü ilə 1 milyard ABŞ dollarına çatıb.
“İki sahil” xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.
"Turizm Monteneqroda ən böyük sahədir, bizim ÜDM-ə 30 % səviyyəsində töhfə verir. Yəni iqtisadi fəaliyyətimizin üçdə birini turizmə aid etmək olar. Bu, onu iqtisadi, sosial və siyasi həyatın bütün digər aspektlərinə təsir göstərən strateji sahəyə çevirir. O, səhiyyə, təhsil, sosial təminat sisteminə daxilolmalara birbaşa təsir göstərir. Bu, əlbəttə ki, bizim bu sahəyə xüsusi diqqət yetirməyimizi son dərəcə vacib edir ki, bu da maksimum əlverişli investisiya mühitinin yaradılması deməkdir", - nazir bildirib.
Onun sözlərinə görə, hazırda 120-dən çox ölkə Monteneqroya sərmayə qoyur.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiq edib